Lukaşenko Rusiya-Belarus hərbi təlimlərinin vaxtını açıqlayıb

17.01.2022 14:03     Dünyadan reaksiya     260

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqlayıb.

"BelTa” agentliyinin xəbərinə görə, bu barədə Lukaşenko Belarus və Rusiya silahlı qüvvələrinin birgə əməliyyat təlimi konsepsiyası ilə bağlı məruzənin müzakirəsi zamanı bildirib.

“Bildiyiniz kimi, bu çətin vəziyyətdə, hələ keçən ilin dekabrında Rusiya Prezidenti ilə mən İttifaq Dövlətinin qərb sərhədlərində və Belarusun cənubunda plandankənar konkret birgə hərbi fəaliyyətləri həyata keçirmək barədə razılığa gəldik. Bu gün görürük ki, qərb və cənub bölgəsində - “Belarus eyvanında” güclü hərbi təlimlər keçirməliyik”, - Aleksandr Lukaşenko qeyd edib.

O deyib ki, Qərb (Baltikyanı ölkələr və Polşa) və cənubda (Ukrayna) qüvvələrlə qarşıdurma olacağı halda ona adekvat reaksiya vermək üçün normal təlimlər keçirilməlidir.

Müzakirələrdə qeyd olunub ki, Belarus və Rusiyanın Müdafiə nazirlikləri silahlı qüvvələrin birgə təlimi ideyasını hazırlayıblar: “Müdafiə naziri Viktor Xreninin verdiyi məlumata görə, Rusiya tərəfi ilə bütün məsələlər müzakirə olunub, dəqiq tarix isə hələ müəyyənləşdirilir. Təlimlərə fevralda başlamağı planlaşdırırdıq. Dəqiq tarixi müəyyənləşdirin, bizə xəbər verin ki, buxtadan bir neçə qoşun çıxardığımız anda az qala döyüşə hazırlaşırıq deyə qınanmayaq”.(apa)

Reaksiya.az

Şərhlər