Bu ölkə Ukraynaya xüsusi təyinatlılarını göndərdi

18.01.2022 12:26     Dünyadan reaksiya     355

Kanada Ukraynaya xüsusi təyinatlı qüvvələrinin kiçik kontingentini göndərib.

Bu barədə “Qlobal Nyus” adı açıqlanmayan mənbələrə istinadən xəbər yayıb.

Bildirilir ki, belə bir addım Rusiya təcavüzünün qarşısını almaq və Ukrayna hökumətinə dəstək yollarını müəyyən etmək məqsədi daşıyır. Xüsusi təyinatlılara tapşırılan digər vəzifə Ukraynada vəziyyətin gərginləşdiyi təqdirdə kanadalı diplomatların təxliyəsidir.

Qeyd edək ki, daha əvvəl CBC kanalı Kanadanın Ukraynaya 200 əsgər göndərməsi barədə məlumat vermişdir.

Reaksiya.az

Şərhlər