Bu ölkənin paytaxtı dəyişəcək

18.01.2022 14:25     Dünyadan reaksiya     273

İndoneziyanın paytaxtının köçürülməsi haqqında qanun layihəsi ölkə parlamentində qəbul edilib.

"Reaksiya.az" xəbər verir ki, bu barədə İndoneziya parlamentinin sədri Konu Maharani acıqlama yayıb.

 

Bildirilib ki, paytaxt Cakartadan Borneo adasının İndoneziyaya aid olan Kalimantan şəhərinə köçürüləcək.

Qeyd edək ki, İndoneziyanın paytaxtının dəyişdirilməsi ideyası ilk dəfə hökumət tərəfindən 2019-cu ilin aprel ayında elan edilmişdi.

Şərhlər