Türkiyədə neft boru kəmərində partlayış baş verib

19.01.2022 08:22     Dünyadan reaksiya     338

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda neft boru kəmərində partlayış baş verib.

Musavat.com bu barədə “Haber Global”a istinadən xəbər verir.

Partlayışdan sonra başlayan yanğın Kahramanmaraş-Qaziantep avtomobil yoluna da keçib. Yanğın səbəbindən əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşını göndərilib.

Partlayışın miqyasının böyüməsi səbəbindən Qaziantep-Kahramanmaraş arasında magistral yol bağlanıb, nəqliyyatın hərəkəti dayanıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Şərhlər