Ərdoğan: "İsrail Prezidenti Türkiyəyə səfər edə bilər"

19.01.2022 08:58     Dünyadan reaksiya     59

"İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər".

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Vuçiçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan İsrail və Türkiyə arasında Şərqi Aralıq dənizində əməkdaşlıqla bağlı diplomatik prosesin davam etdiyini qeyd edib.

"Prezident Hersoqla danışıqlarımız gedir. Cənab Hersoq Türkiyəyə səfər edə bilər. Biz siyasətçilər sülh üçün varıq. Neft sülh üçün bir vasitədirsə, ondan istifadə edəcəyik", - Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, məqsəd müsbət yanaşmalarla bir yerə çatmaqdır.

Şərhlər