Rusiya və İran xarici işlər nazirlərinin görüşü olacaq

20.01.2022 13:59     Dünyadan reaksiya     71

"Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş olacaq”.
 
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
 
O bildirib ki, nazirlər ikitərəfli qarşılıqlı əlaqələri müzakirə edəcəklər: "Həmçinin bir sıra aktual beynəlxalq mövzular, xüsusilə də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə Vyanada aparılan danışıqlar prosesi ətrafında yaranmış vəziyyət və ayrı-ayrı regional mövzular üzrə fikir mübadiləsi aparılacaq”.
 
Qeyd edək ki, görüş İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri çərçivəsində baş tutacaq. Dövlət başçısının Rusiyaya rəsmi səfəri yanvarın 19-da başlayıb.
 

Şərhlər