Blinken Lavrovla görüşündən gözləntilərini açıqladı

21.01.2022 12:10     Dünyadan reaksiya     308

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu gün keçiriləcək görüşün nəticələri ilə bağlı gözləntilərini açıqlayıb.
 
Reaksiya.az "RİA Novosti”yə istinadən xəbər verir ki, o, Lavrovla görüşün nəticələrindən böyük dönüş gözləmədiyini bildirib.
Son zamanlar Rusiya ilə çoxsaylı intensiv görüşlərin keçirildiyini vurğulayan ABŞ-ın dövlət katibi deyib: "Bugünkü görüşdə bəzi qənaətləri görə biləcəyik. Ümid edirəm ki, Rusiyanın fikir ayrılığının danışıqlar və diplomatiya yolu ilə həllində maraqlı olub-olmadığını bu görüşdə öyrənəcəyik".
 
Qeyd edək ki, Blinkenlə Lavrovun görüşünün yanvarın 21-də saat 14-də İsveçrənin Cenevrə şəhərində başlayacağı gözlənilir.

Reaksiya.az

Şərhlər