Jirinovskidən şok - Hücum planı hazırdır

27.01.2022 15:41     Dünyadan reaksiya     580

Rusiya müharibəyə dair məsələlərini Ukrayna ilə yox, ABŞ və NATO ilə həll etməlidir. Qərb müharibəyə hazırdır, amma müharibə edə bilmir. Onlar qorxurlar. Rusiya da müharibə etmək istəmir, amma rahatlıqla edə bilər.

Bu sözləri rusiyalı siyasətçi Vladimir Jirinovski deyib.

“Qərbin anlaması lazımdır - Rusiya döyüşə hazırdır! Biz bunu bəyan etsək, onlar qorxacaq, geri çəkiləcək, çünki onlar doymuş, bəslənmişlər, firavan həyata öyrəşiblər – və birdən-birə mübaribə... Rusiyalı diplomatlar ayağa durub deməlidirlər ki, müharibəyə nə vaxt başlayırıq? Bunu deyən kimi onlar qorxacaq!

Bu günlərdə dünyanın taleyi həll olur - müharibə, yaxud sülh? Ya Rusiya fövqəldövlət olacaq, ya da bizi 50 il tapdalayacaqlar. Kremlin qərargahlarında buna dair plan hazırdır. Orada nə edəcəklərini bilirlər”, - deyə o qeyd edib.

Reaksiya.az

Şərhlər