“Bu gün vacib bir gündür" - Zelenski xalqa müraciət edib

16.02.2022 12:06     Dünyadan reaksiya     321

Ukrayna Prezidenti Volodimir Zelenski 16 fevral-Birlik Günü münasibətilə xalqa müraciət edib.

Canlı yayımla ictimaiyyətə səslənən dövlət başçısı bu günün əhəmiyyətindən danışıb.

“Bu gün vacib bir gündür - hamımızın Birlik Günüdür. Biz yaşımıza, cinsimizə, haradan olmağımıza, peşəmizə görə fərqlənirik. Amma bizi bir arzu birləşdirir: sülh içində, xoşbəxt yaşamaq arzusu. Bizim buna tam haqqımız var. Çünki biz öz evimizdə, Ukraynadayıq. Heç kim evimizi bizim sevdiyimiz qədər sevməyəcək. Yalnız biz, birlikdə olsaq, evimizi qoruya bilərik. Birlik günün mübarək, Ukayna!”, - Volodimir Zelenski bildirib.

Reaksiya.az

Şərhlər