Akardan Rusiya və Ukraynaya mesaj - "Bu yolla həllə nail olmaq arzumuzdur”

18.02.2022 12:56     Dünyadan reaksiya     329

Türkiyə müdafiə naziri Hulusi Akar NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında mühüm açıqlamalar verib.

 Akar çıxışında Rusiya-Ukrayna gərginliyindən də danışıb.

“Diplomatiya və dialoqu davam etdirmək və bu yolla həllə nail olmaq hamımızın birgə arzusudur. Təzyiqinin aşağı salınması üçün üzərimizə düşəni edirik”, - nazir bildirib.

Akar yunan həmkarı ilə görüşünü də konstruktiv və müsbət qiymətləndirib.

Reaksiya.az

Şərhlər