“Rusiya ilə müharibə olmayacaq” - Zelenski AÇIQLADI

22.02.2022 16:05     Dünyadan reaksiya     478

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin və geniş eskalasiyanın olmayacağına inandığını, əks halda hərbi vəziyyətin tətbiq olunacağını bildirib.

 V.Zelenski bu bəyanatla Kiyevdə Estoniya Prezidenti Alar Karislə görüşündən sonra keçirilən brifinqdə deyib.

“Biz inanırıq ki, Ukraynaya qarşı müharibə olmayacaq və Rusiya Federasiyası tərəfindən geniş eskalasiya olmayacaq. Əgər olarsa, hərbi vəziyyət tətbiq olunacaq”, - Zelenski deyib.

Reaksiya.az

Şərhlər