Qarabağda ordumuzun qabağından qaçdılar, Ukraynaya qarşı döyüşməyə gedirlər

17.03.2022 12:36     Dünyadan reaksiya     322

"Erməni qartalları” adlı "könüllü dəstəsi" Rusiya Silahlı Qüvvələrinin tərəfində Ukraynaya qarşı döyüşməyə gedir.
 
Dəstəyə 1-ci dərəcəli "Döyüş Xaç” medalı almış polkovnik Xaçik Asryan rəhbərlik edir. O həm də "Vahid Ermənistan” partiyasının sədridir. 
 
Xaçik Asryan bildirib ki, dəstə üzvləri Donbasa yola düşməyə, Ukraynanın rus vətəndaşlarına, sakinlərinə hərbi, iqtisadi və mənəvi dəstək göstərməyə, həmçinin Ukraynanın "nasist” hakimiyyətinə qarşı döyüşməyə hazırdırlar.
 
"Erməni qartalları” "könüllü dəstəsi" Donbasa getmək üçün Rusiya prezidenti Vladimir Putinə rəsmi məktub da göndərərək icazə istəyiblər. Məluata görə, Xaçik Asryan bir neçə gün əvvəl icazə verilməsi üçün məktubu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkinə təqdim edib.
 
Qeyd edək ki, "Erməni qartalları” deyilən dəstə 2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük müharibədə də iştirak edib.
 

Şərhlər