Ukrayna Rusiyanın itkilərini AÇIQLAYIB

18.03.2022 12:04     Dünyadan reaksiya     322

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "facebook"da məlumat yayıb.

Bildirilib ki, indiyədək 14 200 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 450 ədəd tankı, 1448 ədəd zirehli döyüş maşını, 205 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 93 ədəd hərbi təyyarəsi, 112 ədəd helikopteri, 879 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib.

Reaksiya.az

Şərhlər