Kiyevdə daha bir yaşayış binası atəşə tutuldu, ölən var

18.03.2022 12:12     Dünyadan reaksiya     287

Ukraynanın paytaxtı Kiyevin Podolsk bölgəsində yaşayış binası Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev Şəhər Dövlət Administrasiyası yayıb.

 

Məlumata görə, hadisə yerində artıq xilasedicilər və həkim briqadası çalışır.

Hazırda zərər görən evlərin və yaralıların sayı dəqiqləşdirilir.

Podolskda yaşayış binasına raketin qalıqlarının düşməsindən sonra yanğın baş verib, nəticədə bir nəfər ölüb.

Reaksiya.az

Şərhlər