Rusiya dörd bir tərəfdən Ukraynaya silah daşıyır - Yaponiya MN açıqladı

18.03.2022 15:24     Dünyadan reaksiya     314

Ukraynadakı hərbi əməliyyatlarda xeyli sayda əsgər və hərbi texnika itirən Rusiya döyüş bölgəsinə yeni qüvvələr göndərməkdə davam edir.

Bu barədə Yaponiya Müdafiə Nazirliyi “Twitter” hesabında paylaşım edib.

Paylaşılan fotolarda Rusiyaya məxsus hərbi gəmilərdə çoxlu sayda zirehli texnika və canlı qüvvə olması diqqəti çəkib.

Məlumatda qeyd olunur ki, Yaponiyanın şimal-şərqində Tsuqaru boğazından keçən döyüş gəmiləri böyük ehtimalla Ukraynadakı hərbi əməliyyatlarda istifadə ediləcək.

Reaksiya.az

Şərhlər