UKRAYNADA RUSİYANIN DAHA BİR GENARALI ÖLDÜRÜLDÜ

25.03.2022 16:11     Dünyadan reaksiya     278

Ukraynada gedən hərbi əməliyyatlarda daha bir rusiyalı general məhv edilib.

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Yakov Rezantsev ukraynalı hərbçilər tərəfindən öldürülüb.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı məlumatı Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç paylaşıb.

Xəbərdə deyilir ki, yüksək çinli rus hərbçisi Ukraynanın cənubunda məhv edilib. Belə ki, həmin istiqamətdə Ukrayna Ordusu işğalçıların komanda-qərargah məntəqəsini dağıdıb. Rezantsev də həmin məntəqədə olub.

Məlumat üçün bildirək ki, general-leytenant Yakov Vladimiroviç Rezantsev 1973-cü ildə Altay vilayətində anadan olub. 2020-ci ilin avqustundan 49-cu orduya rəhbərlik edən Rezantsev ötən il general-leytenant ali hərbi rütbəsi alıb.

Qeyd edək ki, bununla da Ukraynada cəmi 1 ay ərzində məhv edilən rus generallarının sayı 7-yə çatıb. Həmçinin, onlarla polkovnik rütbəli rus zabitinin məhv edildiyi bildirilir.

Reaksiya.az

Şərhlər