Nüvə silahından istifadə edəcəyik - Peskov

29.03.2022 12:35     Dünyadan reaksiya     251

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir aydan çoxdur davam edən müharibə ilə bağlı açıqlamalar verib.

Ukrayna və Rusiya müzakirəçilərinin bu gün İstanbulda görüşündən əvvəl ABŞ mətbuatına açıqlama verən Peskov bir müddətdir gündəmdə olan “Rusiyanın nüvə silahından istifadə etməsi” ehtimalından da danışıb.

Rusiya-Ukrayna müharibəsinin 34-cü günündə, dünyanın diqqəti İstanbulda keçirilən tarixi, Rusiya və Ukraynanın nümayəndə heyətlərinin görüşündədir. Tarixi danışıqlardan əvvəl ABŞ mətbuatına(PBS) açıqlama verən Dmitri Peskov Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

"Bizim çox dəqiq bir təhlükəsizlik konsepsiyamız var. Bunda ölkəmizin varlığı təhdid edilərsə, nüvə silahından istifadə edəcəyik", - Peskov bildirib.

"Bizim Ukraynadakı xüsusi hərbi əməliyyatımızın məqsədlərinə çatacağına şübhəmiz yoxdur. Təbii ki, bu əməliyyatın hər hansı nəticəsi nüvə silahından istifadə etmək üçün əsas təşkil etmir", - Peskov PBS-ə açıqlamasında deyib.

Reaksiya.az

Şərhlər