Rusiya və Ukrayna görüşü başladı

29.03.2022 12:41     Dünyadan reaksiya     302

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilir.

Bu barədə məlumatı Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, hazırda David Araxamia və Vladimir Medinski arasında təkbətək görüş keçirilir.

Şərhlər