Rusiya qoşunlarını Kiyevdən çıxarmır?

31.03.2022 16:48     Dünyadan reaksiya     301

Ukrayna Rusiyanın cəbhənin müəyyən bölgələrində qoşunların çıxarılması ilə bağlı bəyanatlarının real təsdiqini görmür. Bunu CNN-ə müsahibəsində prezident aparatının rəhbəri Andrey Yermak deyib.

"Biz inanırıq ki, onlar öz strategiyalarını və planlarını dəyişiblər. Amma bu, təəssüf ki, müharibənin dayandırılması demək deyil. Deyə bilərəm ki, vəziyyət kifayət qədər ağır olaraq qalır. Mən xüsusilə humanitar vəziyyət üzərində dayanmaq istəyirəm - hər şey çox pisdir", - Yermak bildirib.

O vurğulayıb ki, Mariupol fəlakətli vəziyyətdədir, insanlar yeməksiz və susuz ölür, rusiyalılar onlara şəhəri tərk etməyə imkan vermir.

Daha əvvəl Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Kiyev hava və qurudan zərbələrə məruz qalmaqda davam edir.

Xatırladaq ki, martın 29-da Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində “döyüş əməliyyatlarını kəskin şəkildə azaltmaq” qərarını elan edib.

Reaksiya.az

Şərhlər