Rusiya bu bölgələrdə yeni hücuma hazırlaşır - Zelenski

02.04.2022 11:54     Dünyadan reaksiya     296

Rusiya Donbas və Xarkova yeni hücumlara hazırlaşır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski yeni videomüraciətində deyib.

V.Zelenski Ukraynanın şərqində vəziyyətin çətin olduğunu açıqlayıb.

Dövlət başçısı eyni zamanda Çin hökumətinə də çağırış edib:

“Türkiyə, ABŞ, İngiltərə, Almaniya və Fransa ilə yanaşı, Çindən də münaqişənin həlli üçün dəstək istəyirik”.

Reaksiya.az

Şərhlər