Hazırda bu bölgələrdə ağır döyüşlər gedir - Reznikov

04.04.2022 14:03     Dünyadan reaksiya     294

Rusiya hərbçiləri yeni qüvvələr toplamaq və hücum istiqamətini dəyişmək üçün Çerniqov və Sum vilayətlərindən geri çəkilirlər.

Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov xalqa müraciətində deyib.

O bildirib ki, hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir:

“Qoşunlarımız Rusiya hərbçilərini Xersondan geri çəkilməyə məcbur edirlər. Çerniqovda durum çətin olaraq qalır. Mariupolda müdafiəçilər qəhrəmancasına döyüşürlər. Bu gün minlərlə ukraynalı ölkənin gələcəyi uğrunda mübarizə aparır. Qarşı tərəfin texnikası daha çox olsa da, onlar qaçırlar. Çünki onların bizim kimi cəsarətli insanları yoxdur”.

Reaksiya.az

Şərhlər