Rusiya Ukraynanın iki sursat anbarını məhv etdi

11.04.2022 12:48     Dünyadan reaksiya     286

Rusiya hərbçiləri Ukraynada iki sursat anbarını və S-300 zenit-raket kompleksinin radarını məhv edib.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.

“Nikolayev və Jovtneve qəsəbələri ərazilərində iki silah anbarı, Uspenovka rayonunda isə S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün radar məhv edilib", - Konaşenkov bildirib.

O əlavə edib ki, Donetsk vilayətində daha 9 tank, 5 ədəd “2S3 Akatsiya” özüyeriyən artilleriya qurğusu, 5 ədəd BM-21 “Qrad” reaktiv yaylım atəşi sistemi və 60-dan çox hərbçi məhv edilib.

Reaksiya.az

Şərhlər