Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırıb

11.04.2022 12:58     Dünyadan reaksiya     292

Ukrayna Prezidenti Volodimir Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırıb.

O, bu barədə Cənubi Koreya parlamentində çıxışı zamanı deyib.

“Təkcə ayrı-ayrı dövlətlər deyil, həm də dünya şirkətləri Rusiya ilə bütün əlaqələri, ilk növbədə isə neft sahəsində əlaqələri kəsməlidir. Rusiya hələ də hiss etmir ki, dayanmaq lazımdır. Bu, o deməkdir ki, təkcə dövlət səviyyəsində deyil, daha çox iş görülməlidir. Rusiya banklarının qlobal maliyyə sistemləri ilə əlaqələri tamamilə qırılmalıdır”, - o bildirib.

Reaksiya.az

Şərhlər