İrəvandan Kiyevə daha bir zərbə - Krımla əməkdaşlıq dərinləşir

11.04.2022 15:40     Dünyadan reaksiya     308

Krım müəssisələri Ermənistana gübrə və texnika tədarük edəcək. AzVision.az xəbər verir ki, bu barədə tanınmayan Krım hökuməti baş nazirinin müavini, maliyyə naziri İrina Kiviko məlumat verib.

"Ticarət əlaqələrinin daha da inkişafının, mal və xidmətlərin tədarükününü əsası qoyulub. Erməni iş adamları tərəfindən Krıma maraq var, bizim sahibkarların da Ermənistanda marağı var", - Kiviko deyib.

Baş nazirin müavininin sözlərinə görə, Krımdan elektrik qaynağı və digər elektrik avadanlığının, ekoloji cəhətdən təmiz gübrələrin tədarükü, Ermənistan və Krımın görməli yerlərini birləşdirəcək Böyük İpək Yolu turizm marşrutunun təşkili, həmçinin hər iki istiqamətdə gələcək turistlərlə bağlı razılıq əldə olunub. Turist axınını artırmaq üçün logistikanın sadələşdirilməsi məsələsi üzərində iş aparılır.

"Artıq bu mövsüm Ermənistandan Krıma turistlər istirahət və müalicə üçün gələ bilərlər", - o, qeyd edib.

Qeyd edək ki, Krımın rəsmi nümayəndə heyəti ötən həftə Ermənistanda işgüzar səfərdə olub.

Reaksiya.az

Şərhlər