Türkiyə və Ermənistan arasında 3-cü görüş harda olacaq?

14.04.2022 13:22     Dünyadan reaksiya     61

Türkiyə və Ermənistan xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında üçüncü görüş Avstriyanın paytaxtı Vyanada olacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Təzyiq altında ola bilərsiniz. Bu, asan proses deyil. Lakin artıq üçüncü ölkədə görüşməyə ehtiyac varmı? Bir tərəfdən sərhədlər açılsın deyirsiniz, digər tərəfdən isə görüşlərin Türkiyə və Ermənistanda keçirilməsinə cəsarət etmirsiniz”, - XİN başçısı bildirib.

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında sonuncu görüş fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Reaksiya.az

Şərhlər