Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

21.04.2022 12:07     Dünyadan reaksiya     43

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 829 tankı, 2118 zirehli döyüş maşını, 393 artilleriya sistemi, 136 reaktiv yaylım atəşi sistemi, 67 havadan müdafiə sistemi, 172 hərbi təyyarəsi, 151 helikopteri, 1508 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 166 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 21 000-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

Reaksiya.az

Şərhlər