İrəvan diversant hərbçi ilə bağlı məlumat yaydı

25.04.2022 13:18     Dünyadan reaksiya     45

Ermənistanın Müdafiə Nazirliyi erməni hərbçinin Azərbaycan tərəfə əsir düşməsini təsdiqləyib.

Musavat.com-un erməni saytlarına istinadən yaydığı məlumata görə, əsir götürülən hərbçi N saylı hərbi hissəsinin əsgəri Eduard Arturoviç Martirosyandır. Erməni tərəf 23 apreldə hərbçi ilə rabitə əlaqəsinin kəsildiyini və dərhal axtarış işlərinə başlanıldığını açıqlayıb. Rusiya tərəfinin vasitəçiliyi ilə E.Martirosovun “hələlik aydın olmayan səbəbdən” Ermənistan-Azərbaycan sərhədini keçdiyi haqda məlumatın əldə edildiyi iddia olunub. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Azərbaycan tərəf ötən gün Zəngilan istiqamətindən erməni diversiya-təxribat hücumunun qarşısının alındığı, bir hərbçinin ələ keçirildiyi barədə məlumat yayıb.

Reaksiya.az

Şərhlər