Ruslar Mariupolda "Azovstal"ı bombaladı - Ukrayna Baş Qərargahı

25.04.2022 13:33     Dünyadan reaksiya     64

Mariupolda düşmən "Azovstal" zavodunun ərazisindəki Ukrayna hərbçilərinin mövqelərinə raket-bombalı hücumlar edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində məlumat verilib.

"Donetsk və Tavrid istiqamətlərində düşmən Ukrayna Silahlı Qüvvələrinin mövqelərini artilleriya atəşinə tutub. Mariupol şəhərində düşmən "Azovstal" zavodunun ərazisindəki qoşunlarımızın mövqelərinə raket və bombalı zərbələr endirib. Rusiya Popasnaya kəndində hücum əməliyyatları aparır", - məlumatda deyilir.

Reaksiya.az

Şərhlər