Kanada parlamenti Rusiyanın Ukraynada hərəkətlərini soyqırım kimi tanıyıb

28.04.2022 12:40     Dünyadan reaksiya     71

Kanada parlamentinin İcmalar Palatası Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, kanadalı parlamentarilər müvafiq bəyanatı yekdilliklə dəstəkləyiblər. Onlar Rusiyanın bəşəriyyətə qarşı sistemli və kütləvi hərbi cianyətlər törətdiyinə dair kifayət qədər sübutların olduğunu bildiriblər.

“Hərbi cinayətlərə Ukraynada dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsi, meyitlərin təhqir edilməsi, ukraynalı uşaqların zorla köçürülməsi, işgəncə və zorlama halları daxildir”, - bəyanatda deyilir.

Xatırladaq ki, daha əvvəl Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırım törətdiyi tanıyan bəyanatlar qəbul edib.

ABŞ da Rusiyanın Ukraynada hərəkətlərini soyqırım kimi tanıyacağını istisna etməyib.

Reaksiya.az

Şərhlər