Finlandiya və İsveç nümayəndələri Türkiyəyə gəlir

24.05.2022 14:14     Dünyadan reaksiya     519

Finlandiya və İsveç nümayəndə heyətləri NATO-ya üzvlük prosesini müzakirə etmək üçün bu gün Türkiyəyə səfər edəcəklər.

Bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hər iki ölkə nümayəndə heyətləri ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal görüşəcək.

Reaksiya.az

Şərhlər