Fransanın XİN rəhbəri ilk səfərini Kiyevə edib

30.05.2022 12:19     Dünyadan reaksiya     378

 Fransanın xarici işlər naziri Katrin Kolonna ilk işgüzar səfərini Kiyevə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Kolonnanın ukraynalı həmkarı Dmitri Kuleba və prezident Volodimir Zelenski ilə görüşlər planlaşdırılır. 

"Avropa və xarici işlər naziri Katrin Kolonna bu gün Ukraynaya, Kiyevə ilk səfərini edəcək. Nazir bu səfərlə Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və humanitar və maliyyə şərtləri və müdafiə ləvazimatlarının tədarükündə Ukraynaya dəstəyi artırmaqda tam qətiyyətini nümayiş etdirmək istəyir...”, - Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, Kolonna Buça şəhərinə səfər edəcək və Parisin göndərdiyi mülki təhlükəsizlik texnikasını (yanğınsöndürən maşınlar və təcili yardım maşınları) Ukrayna hakimiyyətinə təhvil verəcək.

Reaksiya.az

Şərhlər