Bayden ABŞ-ın Ukraynaya silah və avadanlıqlar tədarük edəcəyini bildirib

02.06.2022 13:48     Dünyadan reaksiya     452

Prezident Cozef Baydenin administrasiyası Ukraynaya milyonlarla dollar dəyərində müdafiə avadanlıqları, o cümlədən yüksək texnoloji raket sistemləri tədarük edəcək.

AZƏRTAC xəbər verir ki, Bayden özü və onun administrasiyasının rəsmi şəxsləri bu barədə çərşənbə axşamı bəyan ediblər. Birləşmiş Ştatlar 700 milyon dollar dəyərində hərbi yardım göstərilməsini nəzərdə tutur. Buraya ortamənzilli raket sistemləri, helikopterlər, tank əleyhinə “Javelin” silah sistemləri, nəqliyyat vasitələri və ehtiyat hissələri daxildir.

“Amerika Birləşmiş Ştatları bizim ukraynalı tərəfdaşlarımızı dəstəkləyəcək və Ukraynaya özünümüdafiə üçün silah və texnika göndərməyi davam etdirəcək. Bu yeni paket onlara döyüş meydanında öz ərazilərinin müdafiəsi üçün yeni imkanlar və müasir silah-sursat, o cümlədən “HIMARS” reaktiv yaylım atəşi sistemi verəcək.

Reaksiya.az

Şərhlər