Putinin Ukraynada üzdəniraq "xüsusi əməliyyat"ı ona hələ çox sürprizlər yaşadacaq...

02.06.2022 13:58     Dünyadan reaksiya     291

Avropa getdikcə daha sıx birləşməkdədir...
 
Tarixi qərar: Danimarka Avropa İttifaqının vahid müdafiə siyasətinə qoşulacaq
 
İyunun 1-də Danimarka əksəriyyət səs çoxluğu ilə ölkənin Avropa İttifaqının təhlükəsizlik və müdafiə siyasətində iştirak etməməyə imkan verən müddəanın ləğv edilməsinin lehinə səs verib.
 
Tarixi referendumun keçirilməsinə dair qərar Rusiyanın Ukraynada müharibəsi fonunda verilib.
 
"Bizin qitəmizdə müharibə yenidən başlayarsa, siz neytral ola bilməzsiniz. Bu gün gecə Danimarka Putinə və müttəfiqlərimizə çox, həm də çox ciddi siqnal göndərib".
 
Moderator.az xəbər verir ki, bunu Danimarkanın baş nazir Mette Frederiksen səsvermənin nəticələri elan edildikdən sonra öz nitqində deyib.
 
Son nəticələrə görə, 67 faiz lehinə, 33 faiz əleyhinə səs verib. Bu addım Danimarkanın bundan sonra Avropaya inteqrasiya barədə çoxdankı skeptik yanaşmasından geri çəkilməsidir.
 
Baxmayaraq ki, Danimarka vahid bazar və gələcək əməkdaşlığın böyük tərəfdarıdır, ölkə Avropa İttifaqının bəzi qərarlarına skeptik yanaşır, əvvəlki iki referendumda vahid valyuta, ədalət məhkəməsi və daxili işlər üzrə istisnaların saxlanmasına səs verib.
 
30 il ərzində qüvvədə olan istisnanın ləğv edilməsi o deməkdir ki, Danimarka Avropa İttifaqının hərbi əməliyyatlarında iştirak və Avropa İttifaqı çərçivəsində hərbi potensialın inkişafı və artırılmasında əməkdaşlıq edə biləcək.
 
Əvvəllər ölkə blokun yalnız humanitar missiyasında iştirak edib.
 
Avropa Komissiyasının sədri Urfula fon der Lyayyen bəyan edib ki, "bu gün Danimarka xalqının bizim ümumi təhlükəsizliyimizə sadiqliyi barədə güclü mesajı"nı alqışlayır və əlavə edib ki, həm Danimarka, həm də Avropa İttifaqı "bu qərardan yalnız udacaq".
 
Müddəadan imtina sosial-demokrat hökuməti və digər 9 partiya tərəfindən dəstəklənib. Yalnız 3 ifrat sağ partiya və bir ifrat sol partiya əleyhinə çıxıb.
 
Hələlik, Danimarkanın Avropa İttifaqının 7 cari hərbi missiyalarından hansında iştiral edəcəyi aydın deyil. Lakin bu ərəfədə bir neçə partiya Danimarkanın iştirak edə biləcəyi kampaniyalar kimi Bosniya və Herseqovinada sülhməramlı missiyanı və Somali sahillərində antipirat missiyasını göstəriblər.
 
Referendumdan başqa, hökumət və əsas parlament partiyaları da həmçinin Danimarkanın müdafiə büdcəsini 2033-cu ildə NATO-nun xərçlər üzrə məqsədinə uyğun olaraq ÜDM-in 2 faizinədək artırılması barədə razılıq əldə edib.
 
Referendum Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra digər Avropa ölkələri müdafiə və təhlükəsizlik üzrə məsələlərdə öz mövqelərinə yenidən baxması fonunda keçirilir. 
 
Finlandiya və İsveç NATO- ya daxil olmaq üçün sorğu verib, Almaniyada isə koalisiya hökuməti ölkənin hərbi xərclərinin 100 milyard avroyadək artırılması barədə razılıq əldə edib.
 

Şərhlər

Çox oxunanlar