NATO-nun çətiri altına girmək istəyirlərsə... – Altun

02.06.2022 14:19     Dünyadan reaksiya     354

Türkiyə vətəndaşlarını və ölkəmizin təhlükəsizliyini təhdid edən terror təşkilatlarının fəaliyyətinin qarşısının alınması üçün konkret və daimi addımların atılmasını istəyirik.

Bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun Finlandiyanın “Helsingin Sanomat” qəzetinə açıqlamasında söyləyib.

NATO-nun genişlənəsini dəstəklədiyini vildirən Altun Ankaranın Finlandiya və İsveçinin Şimali Atlantika birliyinə üzv olmaq məsələsinə prinsipial prizmadan yanaşdığını, sözügedən ölkələrin tarixin ən böyük hərbi ittifaqının təhlükəsizlik çətiri altına girmək istədiklərini anladıqlarını, Türkiyənin isə bu alyansın 70 illik üzvü və ikinci ən böyük ordusuna sahib dövlət olduğunu xatırladıb.

Reaksiya.az

 

Şərhlər