"Minsk Ukrayna ilə sərhəddə xüsusi təyinatlıları rotasiya edir"- Ukrayna ordusu

03.06.2022 12:32     Dünyadan reaksiya     422

"Minsk Ukrayna ilə sərhəddə xüsusi təyinatlıları rotasiya edir"- Ukrayna ordusu

Belarus Ukrayna ilə sərhəd ərazilərdə xüsusi təyinatlıları rotasiya edir. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın hərbçi itkisi 31 minə çatdı"Volın və Polesye ərazilərində Belarus Respublikası silahlı qüvvələrinin əsas səyləri dövlət sərhədinin mühafizəsinin gücləndirilməsinə yönəlib. Eyni zamanda Ukrayna ilə sərhədyanı ərazilərdə xüsusi təyinatlıların rotasiyası reallaşdırılır". - məlumatda deyilir.

Baş Qərargahın məlumatında o da qeyd edilib ki, Belarus ərazisindən raket zərbələri təhlükəsi hələ də qalmaqdadır.

Xatırladaq ki, ötən gün Belarusun Ukrayna ilə sərhəd rayonlarında meşə yollarının, cığırların və körpülərdə minalanma işləri aparıldığı bildirilmişdi.

Reaksiya.az

Şərhlər