NATO Ukrayna və Moldova sərhədləri yaxınlığında təlimlərə başlayıb

03.06.2022 12:45     Dünyadan reaksiya     349

NATO üzvü olan 5 dövlət Rumıniyanın Qalats bölgəsinin Smırdan yaşayış məntəqəsində beynəlxalq təlimdə iştirak edir.

Bu barədə yerli radio iyunun 3-də məlumat yayıb.

Qeyd olunub ki, təlimlərə ABŞ, Belçika, Bolqarıstan, İtaliya, Fransa və Portuqaliya hərbçiləri ilə yanaşı, mindən çox Rumıniya hərbçisi də cəlb olunub.

Xatırladaq ki, Smırdan Ukrayna sərhədinin 25 km-liyində, Moldova sərhədinin isə 10 km-liyində yerləşir.(report)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar