Rusiyadan ərzaq böhranı ilə bağlı daha bir TƏKLİF: Bunun üçün ukraynalılar...

03.06.2022 13:06     Dünyadan reaksiya     343

Rusiya bütün dünyanı gözləyən ərzaq böhranının qarşısını almaq üçün bir şərt təklif edib.
 
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlama verib.
 
Ukrayna taxılının dünya bazarlarına daşınmasında yaşanan çətinliklərə toxunan daimi nümayəndə gəmilərin keçidinə bir şərtlə icazə verə biləcəklərini bildirib.
 
Avropanın taxıl anbarı kimi tanınan Ukraynanın Rusiya tərəfindən işğalı buğdanın bahalaşmasına səbəb olub.
 
Ukrayna taxılını daşıyan gəmilərin keçidinə Rusiya tərəfindən icazə verilmədiyi halda, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mövzu ilə bağlı açıqlama verib.
 
Nebenzya gəmilərin keçməsinə icazə verəcəklərini, lakin Ukraynanın əvvəlcə dənizi minalardan təmizləməli olduğunu söyləyib:
 
"Bunun üçün ukraynalılar ilk növbədə limanlarını təmizləməlidirlər. Biz gəmilərin təhlükəsiz keçidini təmin etməyə hazırıq, lakin ilk növbədə onlar minaları təmizləməlidirlər. Bu, bizim deyil, onların minalarıdır".
 

Şərhlər