Lavrov Çavuşoğlu ilə bu məsələləri müzakirə edəcək

03.06.2022 14:56     Dünyadan reaksiya     358

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-i Ankaraya səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ukraynadakı və Qarabağdakı cari vəziyyəti müzakirə edəcək.

Reaksiya.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, nazirlər görüş zamanı regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.


Reaksiya.az

Şərhlər

Çox oxunanlar