“Əllərini qaldır və təslim ol”- Kadırov yenə Zelenskini ölümlə hədələyib

06.06.2022 17:20     Dünyadan reaksiya     475

Çeçenistan lideri Ramazan Kadırov Ukrayna prezidenti Volodimir Zelenskini ölümlə hədələyib.

Bu barədə Kadırov özünün şəxsi telegram kanalından paylaşım edib.

Ukraynalıları “şeytan” adlandıran Kadırov, yaxın günlərdə əsl xüsusi əməliyyatın başlayacağını bildirib: “Şeytanlar təkcə ələ keçirdiyimiz şəhərlərdən deyil, bütün Ukraynadan təmizlənəcək. Onların necə qaçdığını hamı görəcək”.

Kadırov videomüraciətində yaxın günlərdə döyüş meydanında yeni taktikaların işə düşəcəyini açıqlayıb: “Xüsusi əməliyyatın icrasında daha effektiv və daha sürətli nəticələr əldə etmək üçün addımlar artırıq. Sözlərimin təsdiqi olaraq sizə nasistlərin və iblislərin texnikasının necə məhv edildiyini video sübutlarla göstərəcəm”.

“Mən Zelenskiyə sonuncu dəfə xəbərdarlıq edirəm! Əllərini qaldır və təslim ol. Əks halda öləcəksən”- deyə, Kadırov bildirib.

Reaksiya.az

Şərhlər