Boris Conson istefa verəsi olmadı - istədiyi səsi aldı

07.06.2022 14:01     Dünyadan reaksiya     404

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının parlamentdəki fraksiyası baş nazir Boris Consona etimad göstərib. Novator.az-ın məlumatına görə, hakim partiyanın İcmalar Palatasındakı deputatlarının 6 iyun səsverməsində Boris Conson 211 nəfərin dəstəyini alıb, 148 nəfər onun əleyhinə çıxıb.

Parlamentin alt qanadı olan 650 yerlik İcmalar Palatasında Mühafizəkarlar Partiyasının 359 mandatı var.

Baş nazir xeyli vaxtdır 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunur.

1964-cü il təvəllüdlü Boris Conson 2008-2016-cı illərdə ölkə paytaxtı Londonun meri, 2016-2018-ci illərdə Böyük Britaniyanın xarici işlər naziri olub.

2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də baş nazirliyə başlayıb.

2019-cu il dekabrın 12-də keçirilmiş parlament seçkisini udan Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar