Kadırovun qoşunları yenidən rüsvay oldu - Video

08.06.2022 12:21     Dünyadan reaksiya     327

Kadırovçular cəbhə bölgəsindən səhnələşdirilmiş videoçarx yaratmaq istedadlarını bir daha nümayiş etdiriblər.

Bu barədə sosial şəbəkələrdə video məlumat yayılıb.

Kadrlarda bir neçə “kadırovçu” kolların arasında gəzərək döyüşü imitasiya edir. Lakin cavab atışları eşidilmir. Hətta bəzi hərbçilər güllə keçirməyən jilet və dəbilqə taxmayıblar.

Ətrafdakılar üçün “kadırovçu”lardan biri davamlı olaraq “Əhməd gücdür” deyə qışqırır, digərləri isə gözəgörünməz düşmənləri əhatə dairəsinə də baxmadan kolluqlarda “vururlar”.


 
 

Şərhlər