Müharibəyə qarşı olan Moskvanın baş ravvini Rusiyanı tərk edib

08.06.2022 12:31     Dünyadan reaksiya     387

“Moskvanın baş ravvini Pinxas Qoldşmidt Rusiyanı tərk edərək İsrailə köçüb”.

“Report” “News.israelinfo”ya istinadən xəbər verir ki, bu barədə baş ravvinin gəlini Avital Çijik-Qoldşmidt tviter səhifəsində yazıb.

“Bu hadisə, demək olar ki, hiss edilmədən baş verdi. Nəhayət qohumlarım - Moskvanın baş ravvini Pinxas Qoldşmidt və xanımı Dara Qoldşmidt Ukraynadakı müharibəni dəstəkləməkdən imtina etdikləri üçün hakimiyyət (Rusiya hakmiyyətini nəzərdə tutur – red.) tərəfindən təzyiq və təqibə məruz qaldıqları ilə bağlı xəbəri paylaşa bilərəm”, - Avital Çijik-Qoldşmdit yazıb.

Hazırda Pinsax Qoldşmidt icmanı İsraildən idarə edir.

Məlumata görə, baş ravvinin gəlini hazırda ABŞ-ın Nyu-York şəhərində yaşayır və jurnalist işləyir. Pinxas Qoldşmidt bu hadisəni şərh etməyib. O, bu yaxınlarda Moskva sinaqoqunun yenidən baş ravvini seçilib.

Bildirilib ki, Rusiyanın baş ravvini Berl Lazar da Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməkdən imtina etdiyi üçün təzyiqlərə məruz qalır. O, bununla belə, federasiya ərazisini tərk etməyib.

Xəbərə əsasən, 1989-cu ildən Moskvada işləyən Qoldşmidtə 2005-ci ildə ölkəyə daxil olmağa icazə verilməmişdi. Onun Rusiya ərazisinə daxil olmasına bir neçə həftədən sonra icazə verilmişdi.

Şərhlər