Lavrov İrəvanda etirazla qarşılandı

09.06.2022 12:12     Dünyadan reaksiya     348

Ermənistanın  paytaxt  şəhəri İrəvanda etiraz aksiyaları səngimək bilmir. 

Bu  gün səhər saatlarından etibarən "Müqavimət" hərəkatının üzvləri Ermənistan Xarici İşlər Nazirliyinin binasına doğru yürüş ediblər.

Buna səbəb sözügedən binada Rusiya  XİN rəhbəri Sergey Lavrovla  Arorat Mirzoyanın görüşü baş tutacaq. Nümayişçilərin etirazına görə Mirzoyanın erməni xalqı adından həmin danışıqlarda iştirak etmək hüququ yoxdur.

Qeyd edək ki,  bu  gün Lavrov və  Mirzoyan arasında təkbətək görüş, ardınca isə birgə mətbuat konfransı planlaşdırılır.  Bununla yanaşı ABŞ-ın İrəvandakı səfiri Lin Treysi də Sergey Lavrovun səfəri ilə paralel olaraq Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənib. 

 

 

 

Şərhlər