Sülh sazişinin imzalanmasına kömək edəcəyik! - Lavrov

09.06.2022 13:11     Dünyadan reaksiya     430

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra söyləyib.

“Həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq. Bu, regionda vəziyyətin sağlamlaşmasına yol açacaq. Bu kontekstdə “3+3” formatı da dialoqun bərqərar edilməsi və region ölkələri arasında çoxplanlı əməkdaşlıq üçün vacib əlavə kanaldır”, - Rusiya XİN başçısı vurğulayıb.

Reaksiya.az

Şərhlər