Putin Poklonskayanı vəzifəsindən AZAD ETDİ

13.06.2022 13:07     Dünyadan reaksiya     85

Rusiya Prezidenti Vladimir Putin Natalya Poklonskayanı ölkənin Müstəqil Dövlətlər Birliyi məsələləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) rəhbərinin müavini vəzifəsindən azad edib.

Reaksiya.az “TASS”a istinadən xəbər verir ki, Putin bu barədə müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, V. Putin N. Poklonskayanı Kabo-Verdedəki səfir vəzifəsindən azad edərək cari ilin fevral ayında bu vəzifəyə təyin etmişdi.

Qeyd edək ki, Nataliya Poklonskaya 2014-cü ildən Krımın prokuroru vəzifəsində çalışıb, 2016-cı ildən 2021-ci ilə qədər isə Dövlət Dumasının deputatı olub. Bununla belə, o, keçən il namizədliyini irəli sürməkdən imtina edib.

Putin Poklonskayanı vəzifəsindən azad etdi

Şərhlər