Ermənilər 40 gün öncə qurduqları çadırları yığışdırdılar

15.06.2022 12:35     Dünyadan reaksiya     502

Ermənistan müxalifətinin “Müqavimət” hərəkatının üzvləri İrəvanın "Fransa meydanı"nda qurduqları çadırları yığışdırıblar. Çadırlar 40 gündən çox idi ki, meydanda idi.

Müxalifət geri çəkildi: Koçaryan məyusluğunun acığını mediadan çıxıbEyni zamanda müxalifətçilər başqa formalarda etiraz aksiyalarını davam etdirəcəklərinə söz veriblər.

Xatırladaq ki, dünən hərəkatın koordinatoru, daşnak deputat İşxan Saqatelyan siyasi mübarizə mexanizmlərinin dəyişdirilməsi və "Fransa meydanı"nın boşaldılması qərarını açıqlamışdı. Mitinqlər, yürüşlər və küçə aksiyaları isə ən azı həftədə bir dəfə keçiriləcək. Saqatelyan hamını iyunun 16-da məlumatlandırıcı xarakter daşıyacaq və Ərəbkir inzibati rayonundan başlayacaq yürüşə və iyunun 18-də saat 19:30-da ümumrespublika mitinqinə dəvət edib.

Qeyd edək ki, müxalifət hərəkatı mayın 1-də "Fransa meydanı"nda çadır şəhərciyi quraraq ölkədə hakimiyyət dəyişikliyi uğrunda mübarizəyə başladığını elan etmişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar