"Fərrux kəndinin delimitasiya prosesi ilə əlaqəsi yoxdur" - Zaxarova

15.06.2022 16:25     Dünyadan reaksiya     104

Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsi yoxdur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur.

"Ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması Bakı və İrəvan arasında etimadın yüksəlməsinə və həm Azərbaycan- Ermənistan sərhədində, həm də sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Reaksiya.az

Şərhlər