Rusiya MN: Ötən gecə Ukraynanın bir Su-25 təyyarəsi və 7 PUA-sı məhv edilib

16.06.2022 13:45     Dünyadan reaksiya     445

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynanın bir Su-25 hücum təyyarəsini və yeddi pilotsuz uçuş aparatını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Mazanovka bölgəsində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub. Həmçinin ötən sutka ərzində Xerson vilayətinin Tomina Balka, Suxoy Stavok, Xarkov Vilayətinin Bolşiye Proxodı, Çistovodovka, Malaya Kamyshevakha, Kamenka, Luqanskın Zolote yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatı vurulub", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Reaksiya.az

 

Şərhlər