"Almaniya Rusiyaya rəğbət bəsləməməli, Avropa bir olmalı"-"Putin, bizimlə zarafat etmə"

20.06.2022 12:11     Dünyadan reaksiya     89

"Rusiya təcavüzünü etibarlı şəkildə dayandırmaq üçün bizə həm vasitələr, həm də siyasi iradə lazımdır"
 
Bundesverdə sərt bəyanat verilib
 
Almaniya Hərbi-Hava Qüvvələrinin general-leytenantı İnqo Qerharts Kreml liderinə NATO-ya hücumları ilə bağlı xəbərdarlıq edib: "Putin, bizimlə zarafat etmə!".
 
Qerharts belə bəyanatla Kil şəhərində keçirilən Beynəlxalq simpoziumda çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
 
"Qərb xeyli silahlanacaq. 2030-cu ildə avropalıların Baltik dənizində yerləşən 600 müasir qırıcıları olacaq. Sayına görə növbəti olaraq Amerika təyyarələri gəlir", - Herharts qeyd edib.
 
General vurğulayıb ki, NATO ölkələri Kremlin nüvə silahından istifadə etməyə qərar verəcəyi təqdirdə cavab zərbəsinə hazır olmalıdır.
 
"Rusiya təcavüzünü etibarlı şəkildə dayandırmaq, lazım gəldikdə nüvə çəkindirməsi üçün bizə həm vasitələr, həm də siyasi iradə lazımdır", - Qerharts bəyan edib.
 
Onun mövqeyini Almaniya parlamentinin üzvü İohann David Vadeful dəstəkləyərək, Avropa ölkələrini birliyə çağırıb.
 
"Bundesver Avropada ən güclü orduya çevrilməlidir. Lakin Rusiyaya münasibətdə alman siyasəti mövcud deyil, yalnız Avropa siyasəti var. Almaniyanın Rusiyaya xüsusi yanaşması olmamalıdır. Avropa bir olmalıdır", - Vadeful vurğulayıb.
 

Şərhlər