Zelenskinin ofisi Belarusun müharibəyə qoşulmasına az ehtimal verir

20.06.2022 12:43     Dünyadan reaksiya     322

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Belarusun genişmiqyaslı iştirakı ehtimalı Belarus xalqının əhval-ruhiyyəsi səbəbi ilə yüksək deyil.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak yerli mətbuata açıqlamasında bildirib:

“Belarus bu təcavüzdə iştirak etdi – ilk raketlər onun ərazisindən atıldı. Rusiya qoşunları oradan hücuma keçdilər. Lakin, biz inanırıq ki, Belarus xalqı bu fikri dəstəkləmirlər. Əlbəttə, onlar Rusiya qoşunları üçün ərazilərini təmin etdilər. Amma Belarus ordusunun müharibədə geniş miqyaslı iştirakı ehtimalı Belarus xalqının əhval-ruhiyyəsinə görə yüksək deyil”.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Belarusun 7 batalyonunun Ukrayna ilə sərhəddəki Brest və Qomel regionlarına cəmləməsi barəsində məlumat yayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar